Logo
news content
User
Kateqoriyalar

Xəbər

Oleq İvaşenko Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edilib

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Oleq İvaşenkonu Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi təyin edib.

Bu barədə Ukrayna lideri öz teleqram kanalında yazıb.

"Bu gündən etibarən Oleq İvaşenko dövlətə xidmət və Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün vəzifələrini Ukraynanın hərbi kəşfiyyatı postunda yerinə yetirməyə davam edəcək", - Zelenski yazıb.

O qeyd edib ki, O.İvaşenko ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olaraq görüş keçirib və İvaşenko Ukrayna ətrafında ümumi vəziyyət, aktual təhdidlər barədə məlumat verib.