Pakistanlı nazir Əfqanıstan hakimiyyətini “qanunsuz rejim” adlandırıb
28 Fevral 2026
Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar Əfqanıstan hakimiyyətini “qanunsuz rejim” adlandıraraq onu terrorçuluğa dəstək verməkdə və ölkə əhalisini sıxışdırmaqda ittiham edib.
Bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Tararın sözlərinə görə, “Taliban rejimi hakimiyyəti heç bir hüquqi əsas olmadan zor gücünə ələ keçirib və xalqın dəstəyi olmadan fəaliyyət göstərir”.
Nazir vurğulayıb ki, Əfqanıstandakı mövcud hakimiyyət terrorçulara sığınacaq verir, onları hazırlayır və Pakistan ərazisinə keçərək mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirmələrinə şərait yaradır.