Pakistan ordusu: Əfqanıstanın 274 döyüşçüsü öldürülüb
28 Fevral 2026
Əfqanıstan sərhədi boyunca Pakistanın cavab tədbirləri nəticəsində indiyə qədər ən azı 274 Taliban döyüşçüsü öldürülüb.
Bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib.
General bütün hücumların effektiv şəkildə dəf edildiyini qeyd edib.
Məlumata görə, Talibana məxsus 74 hərbi post məhv edilib, 18-i isə ələ keçirilib.
Pakistan tərəfi 27 hərbçisinin xəsarət aldığını etiraf edib.