Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın Rusiya və Çinlə hərbi əməkdaşlığı davam edir

Rusiya ilə Çin İranın strateji tərəfdaşıdır və ölkələr arasında əməkdaşlıq davam edir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC-yə müsahibəsində deyib.

"Rusiya və Çin ilə hərbi əməkdaşlıq da edirik",- Əraqçi bildirib. Bununla belə, o, münasibətlərin yaxşı səviyyədə olub-olmadığı ilə bağlı suala cavab verməyib.