Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda İsraillə əlaqəli daha bir nəfər edam edilib

İranda İsraillə əlaqədə ittiham olunan daha bir nəfər edam edilib.

Bu barədə "Reuters" "Mizan"a istinadən məlumat yayıb.

Edam edilən Soltani Şirzadi Fəxr müxalif "Mücahidin-e Xalq" təşkilatının üzvü olub.

İran hökumətinin məlumatına görə, Fəxr həmçinin İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda da təqsirli bilinib.

Xatırladaq ki, martın sonunda və aprelin əvvəlində İranda "Mücahidin-e Xalq"ın bir neçə üzvü İsraillə əməkdaşlıqda ittiham olunaraq edam edilib.