Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq - Paşinyan fikrini dəyişir?

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqda qərar mövcud vəziyyətdən asılı olaraq qəbul ediləcək.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə bildirib.

“Sonda biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağıq, ya yox — bu artıq başqa məsələdir, bunu deyə bilmərəm. Buna görə də qərarı mövcud vəziyyətdən çıxış edərək verəcəyik”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, Paşinyan buna qədər Ermənistanın KTMT-yə qayıtmasının qeyri-mümkün olduğunu deyirdi.