Logo
news content
User
Kateqoriyalar

Xəbər

II Qareginin ölkədən çıxışına qadağa qoyulub

Ermənistan Baş Prokurorluğu bütün ermənilərin katolikosuna qarşı Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb.

Ermənistan mediası xəbər verir ki bu barədə onun vəkili Ara Zohrabyan bildirib.

Vəkilin sözlərinə görə, onun ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Bütün Ermənilərin Katolikosu II Qaregin Arxiyepiskop Saroyanı Erməni Apostol Kilsəsinin Masiatsotn Yeparxiyasının rəhbəri vəzifəsindən uzaqlaşdıraraq itaət andını pozduğuna görə vəzifəsindən azad edib. Saroyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsini yeniləmək təşəbbüsünü dəstəkləyən on yepiskopdan biridir.