Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cəbrayılda mina partlayıb, xəsarət alan var

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd edilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından mina partlayışı səbəbilə tibb müəssisəsinə gətirilən şəxsə sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi xəstəxanda davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.