Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan buğda idxalını 50 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 129 min 933 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 28 milyon 871,7 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 43 min 278,75 ton (50 %), dəyər baxımından isə 10 milyon 176,3 min ABŞ dolları (54,4 % ) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2,2 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.