Logo
news content
User
Kateqoriyalar

Xəbər

Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs saxlanılıb, kimliyi məlum olub - FOTO

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan şəxs saxlanılıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Biz Gizli Xidmətdən atəş açan şəxsin saxlanıldığını eşitdik", - məlumatda deyilir.

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Bu barədə "New York Post" qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində məlumat verib.

"Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb", - o yazıb.

"Axios" şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Truth" hesabında həmin şəxsin fotosunu yayıb.