Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər

ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi uzunmüddətli və mürəkkəb münaqişəyə çevrilə bilər və bu, ABŞ-nin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu ələ keçirməsi əməliyyatından daha çətin olacaq.

Məlumatı "New York Times" ekspertlərə istinadən yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İrana məhdud hücumlar edib‑etməyəcəyi barədə suala cavab verərkən, bu variantı nəzərdən keçirdiyini bildirib. Nəşr yazır ki, Trampın İran hökumətinə qarşı müxtəlif tədbirlər planını nəzərdən keçirməsi zamanı ekspertlər xəbərdarlıq ediblər ki, bu hücum ABŞ-ni uzunmüddətli münaqişəyə cəlb edə bilər.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.