“Ronaldo, sən ABŞ-yə lazımsan” - VİDEO
22 Fevral 2026
ABŞ Prezidenti Donald Tramp Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldoya videomüraciət ünvanlayıb.
Tramp özünün rəsmi “TikTok” səhifəsində paylaşdığı videoda portuqaliyalı ulduzu “ bütün zamanların ən böyüyü” (GOAT) adlandırıb.
Prezident futbolçunu mümkün qədər tez ABŞ-yə gəlməyə çağırıb:
“Sən bizə ABŞ-də lazımsan. Sən bütün zamanların ən böyük oyunçususan”.
Qeyd edək ki, sözügedən müraciət Ronaldonun karyerasını ABŞ-nin MLS liqasında davam etdirə biləcəyi ilə bağlı yayılan şayiələri daha da gücləndirib.