ABŞ-nin Avropadakı Quru Qoşunlarının komandanı istefaya gedir
26 İyun 2026
ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının komandanı general Kristofer Donahyu iyulun 2-də vəzifəsini tərk edəcək.
"Reuters" agentliyi xəbər verir ki, bu barədə ABŞ Ordusunun bəyanatında deyilir.
"Xxüsusi əməliyyatlarda iştirak təcrübəsi olan və NATO-nun Avropadakı Quru Qoşunlarının komandanı vəzifəsində çalışan Donahyu Avropanın hərbi və siyasi liderləri arasında böyük hörmətə malikdir", - agentlik xatırladıb.
Qeyd olunub ki, general həmçinin 2021-ci ildə Amerika qoşunlarının çıxarılması zamanı Əfqanıstanı tərk edən sonuncu əsgər kimi tanınır.
Daha əvvəl müxtəlif mənbələr iddia edirdilər ki, Donahyu Pentaqon rəhbəri Pit Heqsetlə fikir ayrılıqlarına görə vəzifəsindən azad oluna bilər.