Ermənistanda Qaqik Tsarukyanın toxunulmazlığı ləğv oluna bilər
26 İyun 2026
Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın toxunulmazlığının ləğv olunması müzakirə olunur.
Ermənistan mediası xəbər verir ki, Baş Prokurorluq bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayıb.
Hazırda vəsatətin əsasları açıqlanmır.
Daha əvvəl "Çiçəklənən Ermənistan" partiyası seçkilərdə səslərin 3,9893 %-ni toplayıb və dörd faizlik keçid bariyerini aşa bilməyib.