ABŞ Kubanı neft blokadasına ala bilər
24 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp administrasiyası neft tədarükünü dayandırmaq üçün Kubaya dəniz blokadası tətbiq etmək imkanını nəzərdən keçirir.
Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazır ki, ABŞ Kuba rəhbərliyini dəyişdirmək üçün yeni taktikalara əl atmaq imkanlarını araşdırır. Digər məsələlərlə yanaşı, neft idxalına tam blokada tətbiq etmək nəzərdən keçirilir.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bu ideyanı dəstəkləyir, lakin hələ yekun qərar verilməyib.