Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

“Savaş dili”ndə sülhdən danışmaq olurmu?
Tarix və Ədəbiyyat dərsliklərinin Qarabağ müharibəsindən sonrakı “həyatı”

Müəllif: Nərgiz Abbasova 

Xatirə İsmayılova 2009-2020-ci illərdə paytaxt Bakıdan 186 km aralı yerləşən Saatlı rayonunda orta təhsil alıb. Əla qiymətlərlə oxuyub, ictimai tədbirlərdə həmişə fəal olub.

“Orta məktəb dərsliklərində vətənpərvərlik ruhu əsasən düşmənə nifrət kontekstində aşılanırdı. Qarabağla bağlı çoxlu şeir və hekayə nümunələrində buna rast gəlinirdi. Ədəbiyyat dərsliklərində belə mövzulara 5-ci sinifdən başlayaraq, geniş yer verilirdi. Tarix fənnində isə hadisələrin detallı təsviri, birtərəfli yanaşmalar 7-8-ci sinifdən sonra daha aydın nəzərə çarpırdı”. 

Xatirə deyir ki, həmin iki fənn üzrə həm dərsliklərdə, həm də müəllimlərin danışdıqlarında ermənilər yalnız qəddar, mərhəmətsiz və pis niyyətli insanlar kimi göstərilirdilər. Nəticədə, məktəb illərində onun beynində çox aydın və sərt düşmən obrazı formalaşıb.

“Bu obraz – hiyləgər, tamahkar, xəyanətkar, bütün mənəvi dəyərlərdən uzaq bir toplum obrazıdır. “İlanın ağına da lənət, qarasına da” prinsipi üzrə “düşmənin yaxşısı olmaz” düşüncəsi formalaşdırılır və beynimizə yazılırdı”.

Nə az, nə çox – ərazilərimizin işğal altında olduğu 30 il ərzində müharibəyə  və düşmənin tanıdılmasına xidmət edən mövzular məhz Tarix və Ədəbiyyat dərsliklərinin əsas mövzularından olub. İndi, işğala son qoyulduqdan 5 il sonra nə dəyişib? 

Vətən üçün ölmək, yoxsa yaşamaq?

“Məktəb dərsliklərinə salınmış bədii parçalarda vətən uğrunda şəhid olmaq  ideyasının təbliğinə tez-tez rast gəlirik”. 

Ancaq zaman keçdikcə Xatirə dərk edib ki, vətəni qorumaq təkcə silaha sarılmaqla deyil, sülhə və insan həyatına dəyər verməklə də mümkündür.

Məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət İncəsənət Universitetində sənətşünaslıq üzrə təhsil almağa başlayıb. Tələbəliyinin  ilk ilində 44 günlük İkinci Qarabağ müharibəsi onun üçün düşmənə nifrətin pik həddə qalxdığı dövr olub. Müharibə bitəndən sonra isə  hadisələrə daha soyuqqanlı yanaşmağa səy göstərir. 

Ermənilərdə də nifrətin şiddətli olduğunu orada keçirilən küçə sorğularından, sosial mediadan bilirəm. Amma nifrəti yaxşı şey hesab etmədiyim üçün indiki düşüncələrim əvvəlkilərdən xeyli fərqlidir”.

Xatirə münaqişələr, onların insan həyatına təsiri barədə müxtəlif mənbələrlə tanış olandan sonra belə qənaətə gəlib ki, müharibələr dövründə, demək olar, bütün ölkələrin təhsil sistemində şəraitə uyğun manipulyasiyalar baş verir.  O, bunu təkcə vətənpərvərliyi artırmaq üçün deyil, həm də diqqəti digər problemlərdən yayındırmaq, bir istiqamətə yönəltmək üçün istifadə olunan vasitə kimi dəyərləndirir. Bunun üsulları çoxdur: bəzi hadisələr şişirdilir, digərləri əksinə, kölgəyə çəkilir, mahiyyətin dəyişdirilir, təbliğatın gücü artırılır... 

Dərslik dövlət siyasətinin tərkib hissəsi kimi  

1990-cılarda və 2000-ci illərin əvvəllərində Azərbaycanda dərsliklər xeyli dərəcədə yeniləndi. 2010-cu illərdə əlavə kurrikulum yeniləmələri, məzmun və terminoloji düzəlişlər aparıldı. V–XI siniflər üzrə ədəbiyyat və tarix dərsliklərinin ümumiyyətlə yeni nəşrləri hazırlandı. 2020-ci ildən etibarən “Ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması qaydası” təsdiq edildi. 

Mövzu üzərində işləyərkən apardığımız araşdırma zamanı müəyyən etdik ki, Azərbaycanda 2008–2024-cü illər arasında Tarix və Ədəbiyyat dərsliklərində azı 4–5 dəfə əsaslı şəkildə, ümumilikdə isə 10 dəfədən çox müxtəlif dəyişikliklər edilib. Bunlara məzmunun yenilənməsi, əsillərin əlavə olunması, ideoloji vurğuların korrektəsi, terminologiya və illüstrasiyaların dəyişdirilməsi daxildir. Xüsusilə “Yeni Nəsil dərsliklər” konsepsiyası həmin dəyişiklikləri daha sistemli və ardıcıl şəkildə həyata keçirməyə zəmin yaradıb.

Ümumtəhsil sistemində dərslik siyasətinin söykəndiyi qaydalar dərsliklərin məzmununa, tərtibatına və ideya yönümünə aid əsas prinsipləri əhatə edir. Onlarda göstərilir ki, dərsliklərdə uşaqlara vətənə, ailəyə, xalqa sevgi, insan haqlarına və ümumbəşəri dəyərlərə hörmət aşılanmalıdır. Eyni zamanda, şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalı, onların dünyagörüşünü formalaşdıracaq müasir, və yoxlanılmış elmi məlumatlara yer verilməli, şagirdlərin müstəqil düşüncə qabiliyyəti, yaradıcılıq bacarığı və məntiqi təfəkkürü inkişaf etdirilməlidir.

Mətnlərdə və illüstrasiyalarda milli, dini, irqi, siyasi ayrı-seçkiliyi və ya mübahisəli fikirləri təşviq edən ifadələrə yer verilməməlidir. Dərsliklər dünyəvi prinsiplərə uyğun olmalı, Azərbaycan Konstitusiyası və qanunvericiliyinə zidd gəlməməlidir.

Tarix üzrə fəlsəfə doktoru, dərsliklərin məzmunu üzrə araşdırmalar aparmış etnokonfliktoloq Anar Eyyubov deyir ki, mövzuların çoxu bu günün konyunkturasına uyğun yazılır: 

“Bizim dərsliklər modern yanaşma ilə tərtib edilir. Dövlətin strateji xətti və məqsədi üstün tutulur”.

Dərsliklərdə münaqişələrin təsviri 

Vaqif Əsgərov 2009-2020-ci illərdə Goranboy rayonunda təhsil aldığı dövrdə  münaqişə mövzusuna bir yönümdən yanaşdığını etiraf edir. Onun sözlərinə görə, münaqişə məsələlərində düşüncələri təhsil aldığı illərdə balanssız olub. Zaman keçdikcə hər şeydə sadəcə bir tərəfin günahkar olması ilə bağlı fikirləri dəyişib. Vaqif  Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Uşaqların nifrətlə motivasiya edilməsinin onların psixologiyası üçün zərərli olduğu qənaitinə gəlib. 

“Dərsliklər belə təsəvvür yaradırlar ki, tarix boyu basqın və talançılıqla yalnız qonşularımız məşğul olublar. Halbuki eyni addımları Azərbaycan ərazisindəki dövlətlər də mütəmadi olaraq atıblar”.

Anar Eyyubov uzunmüddətli işğaldan sonra torpaqların azad olunması faktının dərsliklərdə təntənəli şəkildə təqdim edilməsini təbii hesab edir. Lakin dərsliklərin hazırlanmasında iştirak edən tarixçilərdən bir çoxunun hələ də sovet ideoloji yanaşmasından tamamilə uzaqlaşmadığını düşünür. Tarixi hadisə və şəxsiyyətlərə müasir milli ideologiya prizmasından yanaşılır, bu isə elmi obyektivlikdən çox, emosional və selektiv təqdimatlara səbəb olur. 

“Babəkin çoxsaylı və daha güclü ərəb ordusuna qarşı tələlər qurması, aldadıcı taktikalardan istifadə etməsi ağıl, hərbi fənd, məharət kimi təqdim edilir. Ancaq oxşar addımlar atan romalılar  hiylə işlətmiş olurlar. Bu “hiylə” sözü artıq oxucuda mənfi obraz yaratmağa hesablanıb. Ümumilikdə, elə təssürat yaradılır ki, Azərbaycan ərazisində olan dövlətlər minilliklər ərzində həmişə ədalətlə davranıblar, heç vaxt qonşulara hücum etməyib və daim müdafiə olunublar”. 

Uşaqlıqdan aşılanan qorxu

Uşaq yaşlarından “müharibə”, “vəhşilik” kimi anlayışlarla tanışlıq, oxuduğu hekayələr, gördüyü təsvirlər Xatirəyə hər an “düşmən gələ bilər” qorxusu aşılayıb. 

“Bu hiss uzun müddət mənimlə qaldı. İndi anlayıram ki, belə mövzuların uşaqlara bu formada təqdim olunması onlarda travmalar yarada bilər. Xocalı hadisələrinin detallı təsviri mənim yaddaşımda çox dərin izlər buraxıb”.

Vaqif isə Ədəbiyyat kitablarında onu təsirləndirən hekayələrdən birini bugünədək unutmadığını deyir: 

Orada Xocalı faciəsini yaşamış bir uşağın acı xatirələri təsvir olunur. Yaralı bacısı soyuqdan və ya güllədən həlak olur. Anası onu qarda basdırır, amma oğluna bacısını gizlətdiklərini və geri dönəndə götürəcəklərini deyir ki, ağlamasın. Uşaq buna inanır. Lakin zamanla bacısının öldüyünü anlayır. O, bacısını çox sevdiyi üçün anası həqiqəti gizlətmişdi. Bu ağır hadisədən sonra uşaq anasının qucağında təsəlli tapır, özü müharibədə ayaqlarını itirsə də, daha ağlamır. 

2013-cü ildə altıncı sinif dərsliyində Qarabağa dair ayrıca fəsil vardı ("Qarabağda ən qədim insan məskəni"). 2021-ci il nəşrində həmin mətn çıxarılıb, əvəzində Azıx mağarası və erməni vandalizmi mövzusunda məlumat təqdim olunub. Yeddinci sinifin 2023-cü il dərsliyində Qarabağda xristian albanların erməniləşdirilməsi mövzusuna vurğu gücləndirilib, 2020-ci il dərsliyində münaqişələrdə ermənilərin də üzləşdiyi faciələrdən bəhs edildiyi halda, 2024-cü ildə həmin hissə kitabdan çıxarılıb. 

Yeni dərslik, yeni üslub

Bununla belə, ötən dövrlərin dərsliklərinə nəzərən daha balanslı, sülhpərvər və obyektiv yanaşmanın ortaya qoyulduğu müşahidə edilir. Yeni tədris vəsaitləri yeni üslub yarada bilər. İkinci Qarabağ müharibəsindən sonra 9-cu siniflərdə tədris üçün hazırlanmış “Zəfər tarixi” adlı dərs vəsaiti buna misaldır. Kitabda qarşı tərəfə mənfi münasibəti gücləndirən ifadələrə yer verilməyib. Müəlliflər “Ermənistan dövləti” ifadəsini neytral konteksdə işlətməyə, digər hallarda da obyektivliyi poza biləcək söz və ya ifadələrdən istifadə etməməyə çalışıblar.

Etnokonfliktoloq Anar Eyyubov belə yanaşmanın ümumiyyətlə münaqişəyə baxış bucağına və regional münasibətlərə təsirindən danışır: 

 “Tarix dərsliklərində bəzi dövrlərə və hadisələrə emosional yüklü ifadələrlə yanaşılması yeni nəslin yaddaşında süni şəkildə müsbət və ya mənfi obrazların formalaşmasına səbəb olur. Bu kontekstdə əsas sual belədir: baş verənlər etnik qarşıdurma kimi təqdim olunmalıdır, yoxsa onlara dövlətlərarası münasibət prizmasından baxılmalıdır? Dərsliklərdə “erməni vəhşiliyi” kimi etnik qiymətlərə yer verilməli, yoxsa Ermənistan dövləti ilə Azərbaycan dövləti arasındakı münaqişə kontekstində perspektiv baxımdan daha strateji və “neytral” dil seçilməlidir”? 

Eyyubov xarici təcrübədən nümunə də paylaşır: 

“Məsələn, Almaniyada alternativ dərs vəsaitləri mövcuddur: tarixi qiymət verilmir, hər hansı dövrdə yaşamış müxtəlif təbəqələrin nümayəndələrinin xatirələri toplu formatında verilir və onların əsasında şagird, yaxud tələbə özü müstəqil etik qiymətləndirməyə, nəticəyə gəlir. Düşünürəm ki, böyük tarixi hadisələrin bu cür təqdimatı da maraqlıdır”.

***

Xatirə və Vaqifin təcrübələri göstərir ki, dərsliklər təkcə faktları öyrətmir, həm də onlara münasibət əsasında uşaqların düşüncə tərzini və dünyaya baxışını formalaşdırır. Uzun illər uşaqların dərsliklərdən və müəllimlərdən aldıqları mesajlar “düşmən obrazı”, “vətənpərvərlik” kimi anlayışların şüuraltı qavrayışına köklənmişdi. Münaqişələrin aktiv fazasında, konkret tarixi şəraitdə bunu əsaslandırmaq mümkündür. Lakin zaman keçdikcə, fərqli bilik mənbələri və şəxsi təcrübələr, həmçinin qarşıda dayanan yeni hədəflərdən çıxış edərək, yanaşmalarda da  əz azı etik dəyərləndirmələr, emosional yüklü ifadələr baxımından daha diqqətli olmağa yeni əsaslar yaranır.