Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-nin Xarq adasına endirdiyi zərbələrlə hərbi anbarlar məhv edilib

ABŞ Silahlı Qüvvələri İranın əsas neft ixracı terminallarından birinin yerləşdiyi Xarq adasını bombalayıb.  

CNN telekanalının ABŞ hərbi mənbələrinə istinadən məlumatına görə, zərbələr nəticəsində hərbi anbarlar məhv edilib.

Qeyd olunur ki, zərbələr yeraltı raket bunkerləri, dəniz minaları anbarları və digər hərbi infrastruktura endirilib.

Amma İranın "Fars" agentliyi Xarq adasındakı neft obyektlərinə hər hansı zərər dəymədiyini iddia edir.

Agentlik iddia edib ki, ABŞ tərəfindən endirilən zərbələr nəticəsində neft infrastrukturunun heç bir obyekti zədələnməyib. Qeyd olunub ki, hücumlara Xarq ərazisindəki müdafiə obyektləri, hərbi dəniz bazası, aerodrom və helikopter anqarı da məruz qalıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Amerika Silahlı Qüvvələri İranın Xarq adasındakı hərbi obyektlərə genişmiqyaslı zərbə endirib. Bombardmanın hədəfləri hərbi obyektlər olub. ABŞ dövlət başçısı qeyd edib ki, adada yerləşən neft infrastrukturunu məhv etməmək barədə qərar qəbul edib.