Logo
news content

Əfqanıstanda mobil rabitə və internet bərpa olunub

Əfqanıstanda 48 saat sonra mobil operatorların və internetin işi qismən bərpa olunub.

Bu barədə AFP məlumat yayıb.

Məlumata görə, oktyabrın 1-də mobil rabitə və internetin fəaliyyəti ölkənin müxtəlif bölgələrində, o cümlədən Kabil, Qəndəhar, Qəzni və Herat vilayətlərində bərpa edilib.

"Taliban" hökuməti isə hələ ki, telekommunikasiyaların genişmiqyaslı kəsilməsinin səbəblərini şərh etməyib.