Logo
news content

Fransa hərbçiləri "Boracay" tankerini saxlayıb, dron hücumunda şübhəli bilinir

Fransa hərbçiləri Sen-Nazer limanında dayanmış "Boracay" neft tankerinə daxil olublar.

AFP xəbər verir ki, Benin bayrağı altında üzən bu gəmi Avropa İttifaqının sanksiyaları altındadır.

Həmçinin Danimarka üzərində pilotsuz uçuş aparatlarının buraxılmasında iştirakda şübhəli bilinir.

"MarineTraffi"in məlumatına əsasən, gəmi Primorskdan çıxaraq Baltik dənizindən, Şimal dənizindən və La-Manş boğazından keçib. Fransa sahillərində isə onu Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi müşayiət edib.

Hazırda "Boracay" lövbərdə dayanıb. Ekipaj isə sənədləri təqdim etməkdən və hakimiyyətin göstərişlərini yerinə yetirməkdən imtina edib.

Brest prokurorluğu gəminin mənsubiyyətini sübut edən sənədlərin təqdim olunmaması və Fransa hakimiyyətinin tələblərinə əməl edilməməsi ilə bağlı istintaqa başlayıb.

Prokurorun sözlərinə görə, “Boracay”ın kapitan və onun baş köməkçisi saxlanılıb.

"Ekipaj çox ciddi səhvlərə yol verib ki, bu da məhkəmə araşdırmasını əsaslandırır", – deyə Fransa Prezidenti Emmanuel Makron hadisəni şərh edib.