Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp prezidentlik səlahiyyətlərinin Vensə ötürülməsi üçün xüsusi məktub hazırlayıb

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə dövlət başçısı postunda onu vaxtından əvvəl əvəz etməli olacağı halda ətraflı göstərişlər qoyub.

New York Post qəzeti xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə üzrə baş direktoru Sebastyan Qorka bildirib.

"İş masasının siyirməsində ona nəsə baş verəcəyi təqdirdə vitse-prezidentə ünvanlanmış məktub var", - o deyib.

Qorkanın sözlərinə görə, belə hal üçün müvafiq protokollar nəzərdə tutulub, lakin onların detallarını açıqlamaqdan imtina edib.