Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskva Ermənistanı Rusiya vətəndaşlarının həbs riski yüksək olan ölkələr sırasına daxil edib

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının xaricdə saxlanılması riski barədə xəbərdarlıq edib.

Rusiya mediası xəbər verir ki, XİN-in ölkə vətəndaşlarının saxlanılma riski olan ölkələr siyahısında Ermənistan da var.

Rusiya XİN-in departament direktoru Qriqori Lukyantsev bildirib ki, xaricə səyahət edərkən rusiyalılar üçüncü ölkələrdən ABŞ-a ekstradisiya ehtimalından xəbərdar olmalıdırlar.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının ABŞ-ın tələbi ilə saxlanılması riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.