Tramp ABŞ və İran arasında tammiqyaslı münaqişəsinin yenidən başlayacağını istisna etməyib
09 İyul 2026
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlarla İran arasında tammiqyaslı münaqişənin yenidən başlayacağını hələlik demək olmaz.
O, bunu NATO-nun Türkiyədəki sammitindən sonra təyyarəsində jurnalistlərə bildirib.
"Bilmirəm", - Tramp genişmiqyaslı hərbi əməliyyatların yenidən başlama mümkünlüyü ilə bağlı suala cavabını verib.
Lakin Amerika lideri yeni tammiqyaslı münaqişənin baş verəcəyi təqdirdə, ABŞ-nin çox tez qalib gələcəyini bildirib.