Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH: ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirilib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz və aerokosmik qüvvələri ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.

İranın dövlət televiziyasının məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında bildirilir.

"Düşmənin ölkənin müxtəlif yerlərinə hücumlarından qısa müddət sonra SEPAH-ın hərbi dəniz və aerokosmik qüvvələri birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı Küveytdəki iki ABŞ bazasında - Əli əs-Salem və Arifcanda, eləcə də Bəhreyndəki Əl-Cufair və Şeyx İsada əsas obyektləri və infrastrukturu məhv edib", - bəyanatda deyilir.

SEPAH xəbərdarlıq edib ki, Amerikanın hücumları təkrarlansa, İran ABŞ-nin Yaxın Şərqdəki digər hərbi bazalarını da əhatə edəcək şəkildə cavab tədbirlərini genişləndirəcək.