Tatarıstanda zavodda yanğın baş verib, yeddi nəfər ölüb
04 Aprel 2026
Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.
TASS xəbər verir ki, bu barədə "Sibur Nijnekamsk - Nijnekamskneftekim" şirkətinin rəsmi "Telegram" kanalında məlumat verilib.
"Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib", - məlumatda bildirilib.
Qeyd olunub ki, əməliyyat davam edir, daha beş nəfərin axtarışı aparılır.
"Beş nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə işləri fasiləsiz aparılır - axtarışlara Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və digər səlahiyyətli xidmətlər qoşulub. 200-dən çox insan və 20 ədəd texnika sutkalıq rejimdə çalışır", - şirkətdən əlavə edilib.