Starmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
13 İyun 2026
Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib.
Baş nazir bunu BBC-yə müsahibəsində bildirib.
"İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosuna məruz qoymamalıyıq. Bu, təkəbbürlük və ya inadkarlıq məsələsi deyil. Söhbət dərin borc hissindən gedir. Mən çətin şəraitdə bu ölkəyə xidmət etmək üçün seçilmişəm və məhz bunu edirəm", - o deyib.
Starmerin sözlərinə görə, o, istefaya getmək ehtimalını nəzərdən keçirmir, çünki ölkənin maraqları naminə işini davam etdirməyi və siyasi sabitliyi təmin etməyi öz borcu hesab edir.
"Son həftələrdə başqaları öz arqumentlərini irəli sürüblər, mən isə fikrimi seçildiyim işə - ölkə qarşısında öhdəliklərimin yerinə yetirilməsinə cəmləmişəm. Bu, xidmət və borc məsələsidir", - baş nazir vurğulayıb.