Qızılın qiyməti 5 min dolları keçib - Tarixi maksimum
26 Yanvar 2026
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün 5 000 dollara çatıb.
Bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, qiymətli metalın bir troya unsiyasının qiyməti 5 007,5 dollar olub (0,49 % artım).
Bakı vaxtı ilə saat 03:14-ə qədər qızılın qiyməti bir troya unsiyası üçün 5 020,7 dollara (0,75 % artım) çatıb.