Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana işgüzar səfərə yola düşüb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Paşinyan bu gün Tehranda İranın mərhum ali lideri Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak edəcək.

Artıq İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.

Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Əlavə edək ki, İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Həkim Elahi Müctəba Xameneinin atasının dəfnində iştirak etməyəcəyini açıqlayıb.

O bunu təhlükəsizlik məsələləri ilə əsaslandırıb.