Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Qalibafın Pakistandan İrana uçan təyyarəsinə hücum etməyi planlaşdırıb

İsrail Pakistandan, ABŞ ilə danışıqlardan qayıdan İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibafın hava gəmisinə zərbə endirməyi planlaşdırıb.

Bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının rəsmiləri hesab edirlər ki, İsrail xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla, iranlı müzakirəçilərin aradan götürülməsi planlarını hazırlayıb.

Nəşrin məlumatına əsasən, Vaşinqton Tehranla danışıqların ilkin mərhələsində ən azı Qalibafın İsrail tərəfinin hədəflər siyahısına daxil edildiyini müəyyənləşdirib, bundan sonra bu dövlətin hakimiyyət orqanlarına ona qarşı sui-qəsddən imtina etmələri xahişi ilə müraciət edib. Vaşinqtonda yaranan şübhələr İrana qarşı hərbi əməliyyat başlayandan bəri ABŞ və İsrailin mövqelərindəki fikir ayrılığının nə qədər əhəmiyyətli dərəcəyə çatdığını göstərir.

Nəşrin iddiasına görə, İran tərəfi Pakistanın İslamabad şəhərində Birləşmiş Ştatlarla danışıqlara başlamazdan əvvəl Vaşinqtondan İsrailin məxfi əməliyyatlar keçirməyəcəyinə dair zəmanət tələb edib. Bu arada, Pakistandan İrana qayıdarkən İslam Respublikasının xüsusi xidmət orqanları aşkar ediblər ki, İsrail tərəfi göyərtəsində spikerin olduğu hava gəmisinə zərbə endirmək niyyətində olub. Bunun üçün İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsi İraq tərəfdən İranın hava məkanına daxil olub. Nəticədə Qalibafın olduğu təyyarə ən yaxın hava limanına enməyə məcbur olub, daha sonra isə müzakirəçilər nümayəndə heyəti Tehrana qədər yerüstü nəqliyyatla gedib.