Logo
news content
User
Kateqoriyalar

Xəbər

Papikyandan müxalifətə sərt sözlər: "Onların təcavüzkar mövqeyi yeni müharibə təhlükəsini artırır"

Baş nazir Nikol Paşinyanın ardınca Ermənistanın müdafiə naziri Suren Papikyan da müxalifəti Azərbaycanla müharibəyə təhrik etməkdə ittiham edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Brifinq zamanı nazirə müharibənin mümkün ilkin şərtləri və real təhdidlərlə bağlı sual ünvanlanıb. O bildirib ki, müxalifət hakimiyyətə gəldiyi təqdirdə, payız aylarında yeni eskalasiya ehtimalı arta bilər.

"Müxalifət qüvvələrinin təbliğ etdiyi narrativlər və onların təcavüzkar mövqeyi yeni müharibə təhlükəsini birbaşa artırır", - deyə nazir qeyd edib.