NATO Kalininqrada hücum edərsə, beş saat ərzində 34 milyon insan həlak ola bilər
19 Dekabr 2025
NATO-ya üzv ölkələrin Rusiyanın Kalininqrad vilayətinə müdaxiləsi halında beş saat ərzində 34 milyon insan həlak ola bilər.
Bu barədə Çinin "Sohu" portalı xəbər verir.
Portalın jurnalistləri hadisələrin hipotetik inkişaf ssenarisini modelləşdirərək bildiriblər ki, Rusiya böyük ehtimalla adi (konvensional) silahlardan istifadə etməklə ağır döyüşlərə girməyəcək, əvəzində irəliləyən qüvvələrə qarşı nüvə bombaları ilə təchiz olunmuş strateji bombardmançıları işə salacaq.
Beş saat ərzində təxminən 480 nüvə zərbəsi endirilə bilər ki, bunun nəticəsində 34 milyon insan həyatını itirəcək, daha 60 milyon nəfər isə zərər görəcək. Bu zaman Avropanın böyük hissəsi dağıntılara məruz qalacaq.
"Nüvə zərbəsindən sonra milyonlarla ton nüvə tozu atmosferə qalxacaq. Bir neçə həftə ərzində temperatur 40 dərəcəyə qədər enə bilər ki, bu da "nüvə qışı"na səbəb olacaq", - deyə məqalədə bildirilir.