Mourinyo rəsmi olaraq "Real Madrid"in baş məşqçisi təyin edilib
12 İyun 2026
Joze Mourinyo "Real Madrid" klubunun baş məşqçisi təyin edilib.
Klubun mətbuat xidməti xəbər verir ki, mütəxəssislə müqavilə 2029-cu il iyunun 30-dək bağlanıb.
"Madridin "Real" klubunun bu gün, iyunun 11-i Florentino Peresin sədrliyi ilə keçirilən iclasında Direktorlar Şurası Joze Mourinyonu növbəti üç mövsüm üçün - 2029-cu il iyunun 30-dək birinci komandanın baş məşqçisi təyin etmək barədə qərar qəbul edib. J. Mourinyo "Real"a iyulun 13-də, mövsümqabağı hazırlığın başladığı gün qoşulacaq", - məlumatda bildirilib.
Daha əvvəl mütəxəssis 2010-cu ildən 2013-cü ilədək Madrid klubuna rəhbərlik edib. Mourinyo klubla İspaniya çempionatını və ölkə Kubokunu qazanıb.