Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Açılış oyununda Meksika CAR-a qalib gəlib

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.

Meksikadakı "Mexiko Siti" stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.