İsveçrədə 40 nəfərin ölümü ilə bağlı matəm elan edilib
02 Yanvar 2026
İsveçrədə Kran-Montana kurortunda baş vermiş böyük yanğın nəticəsində 40 nəfərin həyatını itirməsi ilə əlaqədar milli matəm elan olunub.
“Reuters”in məlumatına görə, İsveçrə Prezidenti Gi Parmelin bildirib ki, hüzn əlaməti olaraq paytaxt Bern şəhərində dövlət bayraqları matəm dövrü ərzində endiriləcək.
Son məlumata görə, insident nəticəsində 115 nəfər xəsarət alıb.