Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda “Starlink”dən istifadə edən 10 nəfər saxlanılıb

İranda “Starlink” terminallarından istifadəyə görə 10 nəfər saxlanılıb.

Bu barədə məlumatı Qum vilayətinin kiberpolis idarəsi yayıb.

Məlumata görə, “Starlink” İranda təhlükəli məhsul kimi qiymətləndirilir və onun sahibləri qanuna uyğun olaraq sərt cəzalandırılacaq.

Onu da xatırladaq ki, İran bundan əvvəl ölkədə “Starlink” peyk sistemlərini qanuni hədəf elan etmişdi.