Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda 3 il həbsdə olan fransızlar azad olunub, Azərbaycandan keçməklə Fransaya gedəcəklər

İranda həbsdə olan Fransa vətəndaşları azad edilərək ölkələrinə qayıdırlar.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" platformasında qeyd edib.

“Sesil Kohler və Jak Paris İranda üç il yarımlıq saxlanmadan sonra azaddırlar və Fransaya qayıdırlar”, - o səhifəsində yazıb.

Bildirilir ki, bu xəbər Fransa Milli Assambleyasında deputatlar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.

Sesil Kohler və Jak Paris diplomatik konvoyun müşayiəti ilə İrandan Azərbaycana gətirilib.

"France24" xəbər verir ki, Sesil Kohler və Jak Paris Azərbaycandan Fransaya yola düşəcəklər.