Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb

İran Küveyt Beynəlxalq Hava Limanına raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Nəticəsində bir nəfər ölüb, hava limanına ziyan dəyib və təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb.

Bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi və Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.

Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var.

Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.

Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər.