Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ABŞ-ın dörd ölkədəki obyektlərinə zərbələr endirib

İran Silahlı Qüvvələri ABŞ-nin zərbələrinə cavab olaraq İordaniya, Küveyt, Bəhreyn və Qətərdə yerləşən Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə silsilə hücumlar həyata keçirib.

Bu barədə "Press TV" məlumat yayıb.

Məlumata görə, Küveytdə İran hərbçiləri PUA-larla "Patriot" hava hücumundan müdafiə sistemi, sursat anbarı və ABŞ-a məxsus hərbi radarı hədəfə alıblar. Digər PUA dalğası isə Bəhreyndə rabitə mərkəzinə və hərbi radara zərbələr endirib.

Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin istifadə etdiyi Qətərdəki Əl-Üdeyd aviabazasına da zərbə endirildiyini bildirib. İddia olunur ki, hücum nəticəsində qırıcı təyyarələrin texniki xidmət sahəsi və komanda mərkəzi vurulub.

SEPAH-ın məlumatına əsasən, İordaniyadakı ABŞ-ın "Şahzadə Həsən" aviabazasına raket zərbəsi endirilib.

Bildirilib ki, hücum zamanı komanda-idarəetmə mərkəzi və MQ-9 Reaper PUA-ları üçün anqarlar da daxil olmaqla hərbi infrastruktur hədəfə alınıb.

Bundan əlavə, SEPAH Hörmüz boğazında qaydaları pozduğu iddia edilən ikinci gəminin də İran hərbçiləri tərəfindən vurulduğunu açıqlayıb.