Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.

Bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.

"Vətəndaş müqaviləsi" partiyasına 727,160 seçici səs verib.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,94 %, iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4 % səs toplayıb.

Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyib.

08:34

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.

Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.

Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.

05:55

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.

İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.

Bu arada Paşinyan rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.

00:36

Ermənistanda Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi partiya parlament seçkilərində liderlik edir.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın 110 seçki məntəqəsindən daxil olan ilk məlumatlarına görə, Paşinyanın partiyası seçicilərin 57,14 faiz səsini toplayıb.

Səslərin sayılması prosesi davam edir.