Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqan Sadıqov Azərbaycana gətirilib və sərbəst buraxılıb

Mənbə: APA

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.

Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib.

O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.

Sadıqov sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya olunması, 3 il müddətinə ölkəyə giriş qadağası tətbiq olunması barədə qərar qəbul edilib.