Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya təsdiqlədi: general Otroşenko Krımda təyyarə qəzasında ölüb

Rusiya hakimiyyəti Krımdakı təyyarə qəzasında general Aleksandr Otroşenkonun öldüyünü təsdiqləyib.

Murmansk vilayətinin qubernatoru Andrey Çibis Rusiyanın Şimal Donanmasının 45-ci Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-leytenant Aleksandr Otroşenkonun Krımda An-26 hərbi nəqliyyat təyyarəsinin qəzasında ölənlər arasında olduğu bildirib.

Bundan öncə, Rusiyada müxalif mətbuat təyyarə qəzasında generalın öldüyü barədə məlumat yayıb.

Qeyd edək ki, martın 31-də Rusiya Müdafiə Nazirliyinin An-26 hərbi nəqliyyat təyyarəsi Krımın hava məkanında qəzaya uğrayıb. Təyyarənin idarəetməni itirərək qayalara çırpıldığı bildirilib. Nəticədə 7-si ekipaj üzvü olmaqla 30 nəfər ölüb.