Çempionlar Liqası: 1/8 final mərhələsinin ilk turu başa çatıb
12 Mart 2026
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
İkinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Günün maraqla gözlənilən görüşü İspaniyada baş tutub. "Real" doğma azarkeşlər önündə İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
PSJ "Çelsi"yə 5:2 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:45. "Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə) 1:1
00:00. "Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya) 3:0
00:00. PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 5:2
00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:0