Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ hər gün İran əməliyyatına 1,5 milyard dollardan çox vəsait sərf edir

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı ilk altı gündə ən azı 11,3 milyard dollara başa gəlib.

Bunu Pentaqon nümayəndələri müdafiə təxsisatları alt komitəsindən olan senatorlar üçün qapalı brifinqdə bəyan ediblər.

Senator Kris Kuns bu qiymətləndirməni "təxminən dəqiq" kimi xarakterizə edib. Onun sözlərinə görə, hərbi əməliyyata çəkilən ümumi xərclər hazırda açıqlanan məbləği xeyli üstələyir.

O, həmçinin İranda döyüş əməliyyatlarının aparılmasının ABŞ-yə gündəlik 1,5 milyard dollardan çox başa gəldiyini ehtimal edib.

Qeyd olunur ki, əməliyyat Konqresin əvvəllər artıq Pentaqona ayırdığı vəsait hesabına maliyyələşdirilir. Ağ Ev hələlik əlavə maliyyələşdirmə üçün sorğu ilə müraciət etməyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.