ABŞ İrana münaqişənin nizamlanması üçün 15 maddəlik plan göndərib
25 Mart 2026
ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərib.
Bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, sənədin təqdim olunmasında Pakistan vasitəçi kimi çıxış edib.
Planın İran rəhbərliyinə nə dərəcədə geniş şəkildə təqdim olunduğu və Tehranın onu danışıqlar üçün əsas kimi nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik məlum deyil.
Mənbələrin məlumatına görə, sənəddə İranın raket və nüvə proqramları, eləcə də naviqasiya azadlığı məsələləri müzakirə olunur.