Tramp Putini yenidən "kağız pələng" adlandırıb
01 Oktyabr 2025
ABŞ Prezidenti Donald Tramp yenidən Rusiyanı "kağız pələng" adlandırıb.
Bu barədə o, amerikalı generallar qarşısında çıxışı zamanı bildirib.
"Putin məni çox məyus etdi. Düşünürdüm ki, o, bu işin öhdəsindən tez gələcək. O, bu müharibəni bir həftəyə bitirməli idi. Putinə dedim ki, pis görünürsən. Dörd ildir ki, bir həftə davam etməli olan müharibə aparırsan. Sən "kağız pələng"sən?", - Amerika lideri deyib.
Tramp son vaxtlar bəzi Rusiya rəsmilərinin təhdidlərini də xatırladıb: "Mən nüvə silahına malik sualtı qayıqları göndərdim. Bunu onların "nüvə" sözünü qeyd etmələrinə görə etdim. Bir-iki sualtı qayığı Rusiya sahillərinə göndərdim ki, insanlar bu sözü harda gəldi, necə gəldi işlətməsinlər".