Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Rusiyalılar onlara yeni çar lazım olduğu qərarını veriblər

Rusiya tərəfinin, xüsusilə də Putinin tarixlə bağlı bəyanatları vaxt uzatmaq taktikasından başqa bir şey deyil.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Zelenski vurğulayıb ki, müharibəni bitirmək və diplomatiyaya keçmək üçün ona tarixi müzakirələr lazım deyil. Onun sözlərinə görə, o, Putin qədər, hətta ondan da çox tarix kitabı oxuyub və Rusiyanı yaxşı tanıyır.

Ukrayna Prezidenti qeyd edib ki, Rusiyanın bir çox şəhərlərinə səfər edib, müxtəlif insanlarla ünsiyyətdə olub və ölkənin mentalitetini yaxşı bilir: “Bu, onların seçimidir. Onlar belə bir sistemi seçiblər. Rusiyalılar özlərini dəyişməyə və onlara yeni çar lazım olduğu qərarını veriblər. Bu, onların seçimidir”.

Eyni zamanda, Ukrayna lideri təhlükəsizlik məsələsinin ölkəsi üçün əsas prioritet olaraq qaldığını vurğulayıb. O əlavə edib ki, mümkün görüş zamanı əsas müzakirə mövzusu məhz müharibənin tez bir zamanda başa çatdırılması və təhlükəsizlik təminatları olacaq.