Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Rusiya razı olsa danışıqları Azərbaycanda keçirə bilərik

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

Bunu Ukrayna Prezidenti Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında deyib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlara belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq".