Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Donbası tərk etməyəcəyik, Tramp və Putin bizsiz qərar verə bilməz

Kiyev Alyaskada ABŞ-Rusiya sammitində Ukrayna ilə bağlı onun iştirakı olmadan qəbul edilən qərarları tanımayacaq.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Gənclər buradadır" forumunda çıxışı zamanı deyib.

"Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də söhbət onların ikitərəfli gündəliyi üçün vacib ola bilər, lakin bizsiz Ukrayna ilə bağlı heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır", - Zelenski vurğulayıb.

Zelenski tam atəşkəs üçün ilkin şərt kimi Ukrayna qoşunlarının Donetsk vilayətinin işğal olunmamış hissəsini tərk etmə ehtimalını güman etmir.

"Biz Donbası tərk etməyəcəyik. Bunu edə bilmərik. Donbas rusiyalılar üçün gələcəkdə yeni hücumlar məqsədilə plasdarmıdır. Bir neçə ildən sonra Putinin həm Zaporojye, həm də Dnepropetrovsk vilayətlərinə açıq yolu olacaq. Həm də təkcə bu deyil. Həm də təkcə oralara yox, eləcə də Xarkova. İndi onlara təxminən 9 min kvadrat kilometr ərazini vermək istəyirlər ki, bu da Donbass ərazisinin təxminən 30 %-ni təşkil edir və bu, yeni təcavüz üçün plasdarmdır”, - Zelenski bildirib.

O, ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı Ukrayna Konstitusiyasına istinad etdiyini təsdiqləyib.

"Ölkəmi təhvil vermək fikrində deyiləm, çünki buna haqqım yoxdur. Həm də məsələ onda deyil ki, mən Konstitusiyanın arxasında gizlənirəm. Dövlət şəxsi mülkiyyətdir? Donetsk vilayətinin 30 %-i mənim şəxsi mülkiyyətimdir? Ərazi mübadiləsi çox mürəkkəb məsələdir və onu Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən ayırmaq olmaz", - Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın mövqeyi dəyişməz qalır: əvvəlcə atəşkəs, sonra digər məsələlər üzrə danışıqlar. Eyni zamanda, Ukraynanın iştirakı olmadan ərazi məsələləri müzakirə edilə bilməz.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü də planlaşdırılır, lakin onun tarixi hələ müəyyən edilməyib.

ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü avqustun 15-də baş tutacaq.