Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiyada 7,6 bal gücündə zəlzələ olub, xəsarət alanlar var

Yaponiyanın şimalında 7,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.

Baş nazir Sanae Takaiçi təcili brifinqdə deyib ki, zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb.

O, əlavə edib ki, ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, zəlzələnin episentri Aomori prefekturasının şərqində - təxminən 50 km dərinlikdə yerləşib. İvate və Hokkaydo sahil əraziləri də ən böyük risk altındadır. Sakinlərə oranı tərk etmək və daha yüksək ərazilərə köçmək tövsiyə olunub.

Daha sonra Yaponiyada sunami qeydə alınıb. Aomoridə dalğa hündürlüyü 40 santimetr, Hokkaydoda isə 20 santimetr olub.

Sahil bölgələrində mümkün sunami ilə bağlı xəbərdarlıq elan olunub. Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və rəsmi qurumların açıqlamalarını izləmək tövsiyə olunub.