Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xarkovda yaşayış binasına zərbə nəticəsində dörd nəfər həlak olub

Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb. 

Bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.

"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - o qeyd edib.