Xameneinin oğlu partlayışda xəsarət alıb
08 Mart 2026
İranın mərhum Ali Lideri Əli Xameneinin oğlu Müctəba partlayışlardan birində yaralanıb.
Bu haqda “Əl Hadath” televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, Müctəba hücumlardan biri zamanı xəsarət alsa da, onun həyatı təhlükəsi yoxdur.
Qeyd edək ki, martın 6-da Müctəba Xameneinin Tehrandakı iqamətgahına hücum edildiyi bildirilib. Həmin vaxt itkilər barədə məlumat verilmirdi.